“İyunun 1-i “İyunun 1-i saat 16:00-a olan məlumatına əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb”.
Bunu Heftelik.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb:
“Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvanda 23-27, Aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 23, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub”.