Beynəlxalq axtarışda olan Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı Adil Qədirov tutulub.
DİN -in mətbuat xidmətindən Heftelik.az-a verilən xəbərə görə, axtarışda olan şəxs polisin keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, 2014-cü ildən Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
A. Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, A. Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.