Biz son 8 ildə Rusiyanın Ukraynaya nələr etdiyini, xüsusilə də son bir ildə törədilənlər anlamalıyıq.

Heftelik.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payat jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, prezident Putin bu müharibəni neft və qaz resurslarından gələn gəlirə əsasən davam etdirir: “Eyni zamanda biz G7 sammitində indiyə qədər Rusiya neft və qazına tətbiq olunmuş ən əhatəli sanksiyalar paketini bəyan etdik. Bu müharibədən əvvələ qədər Rusiya dünyada ən böyük neft və qaz ixrac edən ölkələrdən biri idi. Əgər biz Rusiya qazını tamamilə qlobal bazardan çıxarsaydıq, bu, qlobal iqtisadiyyata ciddi təsir edərdi. Təəssüf ki, bu ağır acı reallıqdır. Ona görə də başlanğıcdan bəri biz sanksiyalarda balanslaşma aktını gözləmişik, belə ki, biz Rusiyanın dronlar, digər silahlar almaq üçün resurslarını ciddi şəkildə məhdudlaşdırmışıq, ancaq eyni zamanda neft-qaz məhsullarını bazarda saxlamaq imkanını təmin etmişik. Ötən həftə G7 sammitində biz açıq şəkildə mesajımızı bəyan etdik ki, gələcəkdə Rusiya enerjisindən asılılığı tamamilə aradan qaldıraq. Biz əmin olmaq istəyirik ki, Rusiyanın gələcəkdə enerji imkanlarının inkişafına imkan verəcək bütün investisiyalar məhdudlaşdırılacaq.

Bir neçə ay əvvəl Dehlidə olanda Hindistanın enerji naziri ilə söhbətimdə də bildirdim ki, Rusiyanın enerji resurslarının satış qiymətinin tamamilə azalması bizim siyasi maraqlarımıza uyğundur. Çünki bu Rusiyanın maliyyə imkanlarını çətinləşdirir, Rusiyanın dövlət büdcəsinin böyük qismi neft və qaz satışından gələn gəlirlərlə formalaşır. Hesablamalara görə 2030-cu ilə qədər Rusiyanın gəlirləri 50 faizə qədər azalacaq, təsəvvür edin ki, bu yaşayış standartları üçün nə deməkdir. Bunun Rusiya xalqı üçün ağır nəticələri olacaq”.