İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Heftelik.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident!

Zati-alinizi, dost və qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ölkənizə rifah, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq”.