Tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə cərimə məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, “Yol hərəkəti haqqında” qanunla müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə otuz manat məbləğində cərimə edilir.