Magistral neft kəməri (neft məhsulları kəməri) obyekti magistral neft kəmərinin (neft məhsulları kəmərinin) müvafiq funksiyalarının təmin edilməsi üçün nəzərdə tutulmuş, binaların, tikililərin, avadanlığın, boru kəmərlərinin yerləşdiyi istehsalat ərazilərindən (meydançalarından) ibarət magistral neft kəmərinin (neft məhsulları kəmərinin) bir hissəsi olan texnoloji kompleksdir.

Heftelik.az-ın məlumatına görə, bu, Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb. 

Neft və neft məhsulları üçün magistral boru kəməri isə qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq tikilmiş, neftin (neft məhsulunun) qəbul məntəqələrindən alıcıya (istehlakçıya) təhvil vermə məntəqələrinə nəqli, başqa nəqliyyat növünə ötürülməsi və (və ya) saxlanması üçün nəzərdə tutulmuş, onun ayrılmaz texnoloji hissəsi olan qarşılıqlı əlaqəli obyektlərdən ibarət, texnoloji cəhətdən bölünməyən, mərkəzləşmiş qaydada idarə olunan əmlak istehsal kompleksidir.