Borudaxili qurğuların qəbul kamerası vurulan məhsulun axınında borudaxili təmizləyici, diaqnostik, ayırıcı və kipləşdirici qurğuların magistral neft kəmərindən və ya neft məhsulları kəmərindən qəbulunu təmin edən xüsusi qurğudur.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Borudaxili qurğuların buraxma kamerası vurulan məhsulun axınında borudaxili təmizləyici, diaqnostik, ayırıcı və kipləşdirici qurğuların magistral neft kəmərinə və ya neft məhsulları kəmərinə buraxılmasını təmin edən xüsusi qurğudur.
Kompleks yoxlama obyektdə quraşdırılmış və əvvəl fərdi sınaqlara məruz qalmış avadanlıq və sistemlərin işinin eyni zamanda yoxlanışıdır.