Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” təsdiq edilib. 

Heftelik.az-ın məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq qəar verib.

Bu Qaydalar magistral neft kəmərləri obyektlərində istismar və təmir zamanı texniki təhlükəsizlik tələblərini müəyyənləşdirir.

Bu Qaydaların tələbləri Azərbaycan Respublikasının ərazisində magistral neft kəmərləri obyektlərini istismar edən, həmçinin onların tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşməsi, konservasiyası və ləğvi işlərini həyata keçirən müəssisə və təşkilatlar üçün məcburidir.

 Magistral neft kəmərlərinin, çənlər parkının, nasos stansiyalarının və s. layihələndirilməsi, tikilməsi, təmir edilməsi, genişləndirilməsi, avadanlıqların quraşdırılması, texniki cəhətdən yeniləşdirilməsi və istismarı Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktların və bu qaydaların tələblərinə uyğun olaraq həyata keçirilməlidir.