Vizual yoxlama ilkin məlumatın görmə orqanları ilə bilavasitə və ya yoxlama-ölçü təyinatı olmayan optik cihazların istifadəsi ilə mənimsənildiyi dağıdıcı olmayan yoxlama növüdür.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Borudaxili diaqnostika boru kəmərinin xüsusiyyətləri, boru kəmərinin əsas metalında və qaynaq tikişlərində qüsurların olması, onların xarakteri və yeri haqqında məlumatın əldə edilməsini təmin edən borudaxili yoxlama cihazlarının istifadəsi ilə texniki diaqnostikanın növüdür.