İctimai işlər növündə inzibati tənbehin müddəti həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, ictimai işlər növündə inzibati tənbehin müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə və barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin razılığı ilə isə dörd saatdan çox ola bilməz.
Üzrlü səbəblər olduqda, icra məmuru barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verir.