Magistral neft kəmərində (neft məhsulları kəmərində) qəzaların təsnifatı məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Magistral neft kəmərində (neft məhsulları kəmərində) qəza gözlənilmədən neftin (neft məhsullarının) axmasına və ya boşalmasına səbəb olmuş, aşağıdakı hadisələrdən biri və ya bir neçəsi ilə müşayiət olunan təhlükəli texnogen hadisədir:

– neftin (neft məhsullarının) alışması və ya onun (onların) buxarlarının partlaması;

– istənilən su axınının, çayın, gölün, su anbarının və ya istənilən su hövzəsinin suyun keyfiyyətinə dair normativ hüquqi aktlarda müəyyən edilən həddən artıq çirklənərək, su səthinin və ya sahilin rənginin dəyişməsinə səbəb olması, su səviyyəsindən aşağıda emulsiyanın əmələ gəlməsinə, su dibində və ya sahillərdə çöküntülərin əmələ gəlməsinə gətirib çıxarması;

– 10 m3 və daha artıq həcmdə neft (neft məhsulu) itkisinin əmələ gəlməsi.