Magistral neft kəmərinin (neft məhsulları kəmərinin) xətti hissəsinə dair göstəricilər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Magistral neft kəmərinin (neft məhsulları kəmərinin) xətti hissəsi boru kəmərlərindən, o cümlədən təbii və süni maneələrdən, keçidlərdən, bağlayıcı və digər armaturdan, korroziyadan elektrokimyəvi mühafizə qurğularından, tras boyu elektrik ötürmə xətlərindən, texnoloji rabitə tikililərindən, onun təhlükəsiz və etibarlı istismarını təmin edən digər qurğu və tikililərdən ibarət olan və magistral boru kəmərinin obyektləri arasında neftin (neft məhsulunun) vurulması üçün nəzərdə tutulmuş magistral boru kəməri obyektlərinin kompleksidir.