Sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldıra biləcəyik.
Heftelik.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov nazirliyin son 5 ildə gördüyü işlərə dair keçirilən mətbuat konfransında bidirib.
Nazir müavini deyib ki, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manatdır.