Sumqayıtdakı yataqxanaların istismar müddətinin bitməsi ilə bağlı bizdə məlumat var.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Prezidentin tapşırığı əsasında qəzalı vəziyyətdə binalarla bağlı yeni proqram hazırlanıb: “Ötən həftə Baş nazirin sədrliyi ilə müşavirə keçrilib. Sumqayıtdakı yataqxana ilə bağlı məsələyə də baxılıb. Bu istiqamətdə yaxın vaxtlarda əməli addımlar atılacaq”.