İşçilərə əməyin mühafizəsi üzrə təlimatların verilməsi, təhlükəsiz iş üsullarının öyrədilməsi və onların biliklərinin yoxlanılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1999-cu il 26 avqust tarixli 19-3 nömrəli və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 1999-cu il 18 avqust tarixli 1262 saylı Qərarları ilə təsdiq edilmiş “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bu işlərin həyata keçirilməsi üzrə məsuliyyət idarə (obyekt) rəhbərlərinin üzərinə düşür.