Texnoloji sistemlər, onların ayrı-ayrı elementləri, avadanlıqlar təhlükəsiz istismarı təmin edən zəruri tənzimləmə vasitələri ilə və bloklayıcılarla təchiz edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Partlayış təhlükəli texnoloji əməliyyatların, bütün iş rejimlərində nəzərdə tutulmuş son yol verilən parametrlərdən kənaraçıxma hallarında partlayış təhlükəli mühitin və digər qəza hallarının yaranmasının qarşısını alan və prosesin təhlükəsiz dayandırılmasını və ya təhlükəsiz vəziyyətə keçirilməsini təmin edən avtomatik tənzimləmə və qəzaların qarşısını alan sistemləri olmalıdır.