Cavabdehin AXTARIŞI

05 İyun 2023, 11:30

Dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, xəsarət yetirmə və ya sağlamlığı başqa şəkildə pozma, yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsi ilə cavabdehin axtarışını elan etməyə borcludur.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Cavabdehin axtarışı ilə əlaqədar xərclərin tutulması axtarışın aparılması həvalə edilən orqanın ərizəsinə əsasən məhkəmə əmrinin verilməsi yolu ilə həyata keçirilir.