Quyularda, qaz kəmərlərində, neft çənlərində və zərərli (təhlükəli) qaz yığılması ehtimal olunan digər yerlərdə işləyən fəhlələr şlanqlı əleyhqazlardan istifadə etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İşçinin şlanqlı əleyhqazla fasiləsiz işləmə müddəti 30 dəqiqədən artıq olmamalıdır. Sonradan işçi təmiz havada 15 dəqiqədən az olmayaraq istirahət etməlidir. Hər bir konkret iş yerində, iş vaxtı, işlərin aparılmasına cavabdeh olan şəxs tərəfindən müəyyən edilməlidir.