Məhkəmələrlə əlaqədar qəbzin məzmunu açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Qəbzdə aşağıdakılar göstərilməlidir:
– məhkəmənin adı və ünvanı;
– məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
– verilən məhkəmə sənədinin adı;
– verilmənin vaxtı (tarix və saat) və yeri;
– məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair);
– məhkəmə sənədinin verildiyi şəxs;
– məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası.