elm

Növbəti tədris ilindən məktəbli formaları qaydalarda göstərilən standartlara uyğun olacaq.

Heftelik.az-ın məlumatına görə,  bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, ötən il valideynlər artıq uşaqlarına formalar aldıqları üçün məcburi edilməmişdi:

“Formaların olub-olmayacağını məktəblərin pedaqoji şurları müəyyən edir. Məktəb yığışıb deyə bilər ki, forma istəmirik. Bu, mümkündür. Burada heç bir məcburiyyət olmayacaq”.