Neft kəmərinin (neft məhsulları kəmərinin) işlək vəziyyətinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neft kəmərinin (neft məhsulları kəmərinin) işlək vəziyyəti neft kəmərinin (neft məhsulları kəmərinin) tələb olunan funksiyaları yerinə yetirə bildiyi vəziyyətidir.

Çən neftin (neft məhsullarının) qəbulu, saxlanması, həcminin ölçülməsi və təhvil verilməsi üçün nəzərdə tutulmuş tutum, çənlər parkı magistral neft kəmərinin (neft məhsulları kəmərinin) xətti hissəsi ilə nəql edilən neftin (neft məhsullarının) qəbulu, saxlanması, hazırlanması, (və ya) qarışdırılması və vurulması üçün nəzərdə tutulmuş magistral neft kəmərinin (neft məhsulları kəmərinin) çənlərdən, digər qurğu və binalardan ibarət obyektidir.