Əmtəə nefti qüvvədə olan normativ sənədlərin tələblərinə müvafiq olaraq istehlakçıya tədarük edilmək üçün müəyyən edilmiş qaydada hazırlanmış neftdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Neft məhsulu (neft məhsulları) isə neftin, qaz-kondensat, karbohidrogen və kimyəvi xammalın emalı nəticəsində əldə edilmiş, normativ sənədlərin və texniki reqlamentlərin tələblərinə cavab verən hazır məhsuldur.