İşçi heyətə qəza vəziyyətində praktiki hərəkət qaydalarının öyrədilməsi məqsədilə MNK-nin hər bir obyektində qəzanın qarşısının alınması və ləğvi üzrə təlim məşqləri keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qəza halları baş verdikdə (məsələn, neft sızması və yaxud neftin ətraf əraziyə dağılması) əvvəlcədən təsdiq olunmuş plana uyğun olaraq dərhal həmin ərazidən işçilərin təxliyyəsi, ərazi və binaların təmizlənməsi üzrə tədbirlər həyata keçirilməlidir.