Normativ sənədlər layihələndirmə, istehsal, təmir, yenidənqurma, quraşdırma, sazlama, texniki diaqnostika (defektoskopiya), istismarla bağlı qaydalar, texniki normativ hüquqi aktlar, beynəlxalq və dövlətlərarası standartlar, texniki şərtlərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Texnoloji neft (neft məhsulları) itkisi normaları istifadə olunan texnika və texnologiyanın, avadanlığın, texnoloji aparatların və qurğuların istismarı və xidmət göstərilməsi üzrə texniki reqlamentlərə, qaydalara və təlimatlara riayət olunması şəraitində ətraf mühitə neftin buraxıla bilən axıntı həddi və ya mənbələri üzrə bərpa olunmaz neft (neft məhsulları) itkilərinin miqdarıdır. İtkilərin miqdarı ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən neftin buraxıla bilən axıntı həddindən artıq olmasına yol verilmir.