Əmlak üzərinə həbs qoyulmasının hansı ardıcıllıqla həyata keçirildiyi məlun olub.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir:
– birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə:
– ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər;
– üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər;
– dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.
Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır.