Magistral neft kəmərləri (MNK) idarələrinin istehsalat obyektlərində “Əmək şəraitinin vəziyyətinin yoxlanılması” jurnalı olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bu jurnalda mühəndis texniki və rəhbər işçilər tərəfindən iş prosesində aşkar olunmuş pozuntular və çatışmazlıqlar, iş icraçılarının adı göstərilməklə qeyd olunmalı və aradan qaldırılması müddəti göstərilməlidir.