Gəncə şəhərində qocalar evində yanğın olub.

Heftelik.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı xəsarət alanın olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır