İşlərin baxılması və həll edilməsi müddətləri açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır:
– işə bərpa, aliment tutulmasına dair işlərə – 2 ay;
– ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə – 3 ay;
– digər mübahisələrə dair işlərə – 4 ay müddətində.
– İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar 4 ay müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər.
Ayrı-ayrı kateqoriya işlərə baxılması və onların həllinə dair qətnamə və ya qərardad çıxarılması üçün bu Məcəllə ilə qısaldılmış müddətlər müəyyən edilə bilər.