İstismara qəbul edilən magistral neft kəmərlərinin (MNK) tərkibinə daxil olan avadanlığın, texniki sistemlərin və tikililərin siyahısı onun obyektin tikintisi, yenidənqurulması və s. üçün işlənib hazırlanmış layihə sənədləri ilə müəyyən edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Yeni tikilən, əsaslı təmir olunan, genişləndirilən və texniki cəhətdən yeniləşdirilən magistral neft kəmərləri obyektlərinin tikintisi qurtardıqdan sonra qəbul komissiyası tərəfindən istismara qəbul edilməlidirlər.
Quraşdırma işləri qurtarmadan yaxud komissiya tərəfindən qəbul edilməyən obyektlərin istismara buraxılması qadağandır.