Neftin (neft məhsullarının) miqdarının və keyfiyyət göstəricilərinin ölçülməsi sistemi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neftin (neft məhsullarının) miqdarının və keyfiyyət göstəricilərinin ölçülməsi sistemi neftin (neft məhsullarının) kütləsinin, texnoloji və keyfiyyət parametrlərinin ölçülməsi, ölçmə işlərinin nəticələrinin göstərilməsi və qeydiyyatı üçün nəzərdə tutulmuş funksional cəhətdən birləşdirilmiş ölçü dəyişdiricilərinin, ölçü göstərici cihazların, məlumat emalı sistemlərinin, texnoloji avadanlığın məcmusudur.