Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 7 iyun 2023-cü il tarixdə rayonun Yuxarı Şilyan kəndində səyyar qəbul keçirib.
Heftelik.az-ın məlumatına görə, səyyar qəbulda Yuxarı Şilyan kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunub, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılıb.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak edib.