31 may 2023-cü tarixdə Ucar rayonu ərazisində əsən güclü külək nəticəsində Ucar şəhərində yerləşən 8 ictimai yaşayış binasının dam örtükləri uçub.

Heftelik.az-ın məlumatına görə, görülmüş tədbirlər nəticəsində 2 ictimai yaşayış binasının dam örtüyü yenidən qurulub.

Hazırda qalan yaşayış binalarının dam örtüklərinin yenidən qurulması üçün hazırlıq işləri aparılır.