Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə heftelik.az-a Xidmətdən xəbər verilib. Qeyd edilib ki, Daşkəsən, Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.

Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.