“MuğanBank” ASC-nin səhmdarları dəyişib.

Heftelik.az-ın məlumatına görə, dəyişikliyə əsasən Elmar Mehdiyevin payı 67.7442 %-dən 0.7818%-ə, Vəfa Vəliyevanın payı 10.6487%-dən 8.3254%-ə, Fəridə Mehdiyevanın payı 21.6070%-dən 10.8928%-ə enib. Əvəzində Samir Vəliyev və Munir Vəliyev ayrı-ayrılıqda bankdan 40% pay əldə edib.

 

Qeyd edək ki, Munir Vəliyev həmçinin, bu ilin aprel ayında “Muğan Bank”ın Müşahidə Şurasının yeni sədri təyin edilib.
Qeyd edək ki, “MuğanBank”-ın faktiki sahibinin sabiq deputat,  Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev olduğu bildirilir.    Bankın əsas  səhmdarları da onun ailə üzvləridir.
Xatırladaq ki, bu gün mediada yer alan araşdırmada “Muğan Bank”ın məcmu kapital tələbini ödəmədiyi, bankın bu barədə yanlış infomasiya yaydığı üzə çıxıb.