Obyektlərin istismara qəbul edilməsi AzDTN 1.6-1 “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış istismara qəbulu Qaydaları”na uyğun həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qəbul komissiyasının tərkibində Agentliyin nümayəndəsinin iştirakı təmin edilməlidir, komissiyanın işində iştirak üçün Agentliyə 5 gün əvvəl məlumat verilməlidir.
Obyekti qəbul etdikdə komissiya texniki sənədləri yoxlamalı, layihəyə uyğunluğu, quraşdırmada və tikintidə yolverilən çatışmazlıqları aşkar etmək üçün bütün neft kəmərləri obyektlərini nəzərdən keçirməlidir.