Cavabdeh müəyyən hərəkətləri etmək, başqa şəxslər isə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməklə bağlı qadağaları pozmamalıdır.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Həmin qadağaların pozulması hallarında fiziki və hüquqi şəxslərdən dövlətin xeyrinə aşağıdakı miqdarda cərimələr tutulur:

–  qiymətləndirilən iddialar üzrə — iddia qiymətinin 50 faizinədək miqdarda;

– qiymətləndirilməyən iddialar üzrə — iki yüz iyirmi manat.

Maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır.