Qazdan mühafizə vasitələri, istismar üzrə təlimata uyğun olaraq qaz xilasetmə xidmətinin laboratoriyasında yoxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İş yerlərində mühafizə vasitələrinin istismarı, yoxlanılması və saxlanılması üzrə təlimat olmalıdır.

Qaz təhlükəli obyektdə qazdan mühafizə vasitələrinin ehtiyatı saxlanılmalıdır. Onların miqdarı və növü işləyənlərin sayı, obyektin uzaqlığı, görülən işlərin xüsusiyyəti nəzərə alınmaqla təyin olunmalı və qaz təhlükəsizliyi xidməti ilə razılaşdırılmalıdır.