MNK obyektlərinin təhlükəsiz istismarına obyekt rəhbərləri cavabdehdirlər.
Magistral neft kəmərləri (MNK) obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması üzrə işlərə başlamazdan əvvəl bu obyektlərə dair layihə sənədləri Agentlikdə qeydiyyata alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
MNK obyektləri və orada quraşdırılan avadanlıqlar layihə sənədlərinə uyğun olmalıdır. Layihə sənədlərində edilən dəyişiklər layihəçi təşkilatla və Agentliklə razılaşdırıldıqdan sonra texniki sənədlərə daxil edilməlidir.
Layihə, icra sənədləri və sınaq aktları MNK obyektlərində bütün istismar dövrü ərzində saxlanılmalıdır.
Bütün texniki qurğular (istehsalat avadanlıqları), o cümlədən xaricdə istehsal olunan qurğu və avadanlıqlar uyğunluq sertifikatına malik olmalı, istismar prosesində texniki təhlükəsizlik ekspertizasından keçirilməli və onların istismar tələblərinə uyğunluğu qiymətləndirilməlidir.