Yenidən quraşdırılmış, modernləşdirilmiş, əsaslı təmir edilmiş avadanlıqların istismara buraxılması müəssisənin əmrinə əsasən həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Modernləşdirilmiş avadanlığın istifadəsinə texniki təhlükəsizlik ekspertizasının müsbət rəyi olduqda yol verilir.