Avadanlıqların, aparatların, mexanizmlərin və alətlərin açıq, hərəkət edən, fırlanan hissələri çəpərlənməli və ya örtüklə bağlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çəpər olmadıqda və ya avadanlıqlar açıq olduqda onların işə düşməsinin qarşısını alan bloklayıcı sistem nəzərdə tutulmalıdır. Çəpər tez yığıla bilən və quraşdırma üçün rahat olmalıdır. Çəpərin və ya örtüyün konstruksiyası və bərkidilməsi işçilərin təhlükəli hissələrə təsadüfən toxunmasını istisna etməlidir.