Texniki qurğuların nasaz vəziyyətdə, həmçinin sınaq, texniki baxış, defektoskopik müayinədən keçirilmə müddəti başa çatdıqda istismarı qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Texniki qurğuların (istehsalat avadanlıqlarının) istismarı müvafiq normativ və istismar sənədlərinin (passport, istismar təlimatı) tələblərinə uyğun aparılmalıdır.