a
Hansı məhkəmə sənədlərininin rəsmi qaydada verməli olduğu açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:
– iddia ərizəsini;
– qarşılıqlı iddia ərizəsini;
– iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini;
– məhkəmə bildirişini;
– birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını;
– iş üzrə icraatın qurtardığını göstərən qərardadı;
– məhkəmə əmrini;
– apellyasiya şikayətinin surətini;
– kassasiya şikayətinin surətini.
Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər.