İxtisaslaşdırılmış təşkilat qüvvədə olan qanunvericiliyə müvafiq olaraq zəruri təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsinə dair lisenziyaya malik olan və magistral neft kəmərləri (neft məhsulları kəmərləri) obyektlərində ayrı-ayrı podrat işlərinin görülməsi və xidmətlərin göstərilməsi üçün müəyyən olunmuş qaydada təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsinə icazə verilmiş təşkilatdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.