naİşə təkbaşına baxan hakim sədrlik edən sayılır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir, baxılan işə aidiyyəti olmayan hər şeyi məhkəmə baxışından çıxarır.
Prosesdə iştirak edən şəxslərdən hər hansı biri sədrlik edənin hərəkətlərinə qarşı etiraz etdiyi hallarda, bu etiraz məhkəmə iclasının protokolunda yazılır. Sədrlik edən öz hərəkətləri ilə bağlı şərhlər verir.