Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda Bakıda keçirilən VII Beynəlxalq konfransda iştirak edən qazaxıstanlı seysmoloq alimlər Şəhidlər Xiyabanında olublar. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Bakıda səfərdə olan seysmoloq alimlər Şəhidlər Xiyabanında olublar. Qazaxıstanlı seysmoloq alimlər – Aygul Danabayeva, Olga Kurilova, Yelizaveta Yesenjigitova Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini yad edib, məzarları üstünə tər qərənfillər düzüblər.
Daha sonra Dağüstü parkdan Azərbaycan paytaxtını seyr edən qazaxıstanlı qonaqlara Bakı şəhərinin tarixi haqqında ətraflı məlumat verilib.