eksSədrlik edən məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin izahatlarını, ifadələrini, vəsatətlərini tərcümə etmək, həmin şəxslərə isə işdə iştirak edən şəxslərin və şahidlərin ifadələrini, izahatlarını, vəsatətlərini, işdə olan və elan edilən sənədlərin, səsyazmaların, ekspert rəylərinin, mütəxəssis məsləhətlərinin məzmununu, habelə sədrlik edənin sərəncamlarını, məhkəmə qərardad və qətnamələrini tərcümə etmək vəzifəsini ona izah edir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Sədrlik edən tərcüməçiyə, bilə-bilə düzgün edilməyən tərcüməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edir, bu barədə tərcüməçinin iltizamı məhkəmə iclasının protokoluna əlavə edilir. Tərcüməçi məhkəməyə gəlməkdən və ya öz vəzifəsini icra etməkdən boyun qaçırdıqda, ona yüz on manatadək cərimə tətbiq edilə bilər.