Türkiyənin Mərkəzi Bankına yeni sədri təyin olunub.
Heftelik.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.
Hafize Gaye Erkan bu vəzifəyə təyin olunub.
Xatırladaq ki, Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının ilk qadın sədri olub.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Erkan 2001-ci ildə Boğaziçi Universitetindəki ixtisas bölümünü birinciliklə bitirib, daha sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib.