Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunub.

Heftelik.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, E.Əli-məmmədov Lənkəran hərbi prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun digər müvafiq əmri ilə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.