“İnflyasiya proqnozu fərziyyə deyil, metodologiyadır”.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Mərkəzi Bankın metodologiyası ilə Dövlət Statistika Komitəsinin metodologiyası arasında fərqləri bilmək istəyər: “İkincisi, valyuta bazarından Mərkəzi Bank vəsait alıb. 2022-ci ildə eyni zamanda idxalda da 22 % artım qeydə alınıb. Bəs nə üçün Mərkəzi Bankın sterezilasiya tədbirlərinə ehtiyac olub? İdxal artıbsa, buna ehtiyac olmamalıdır. Mərkəzi Bank özünün ötən ay hesabatında qeyri-işlək və problemli kreditlərin həcmində artım olduğunu qeyd edib. Qeyri-işlək kreditlərin həcmi 149 milyon manatdan 170 milyon manata, problemli kreditlərdə artım isə 590 milyon manatdan 592 milyon manata qədər artıb”.
Deputat təklif edib ki, pensiya, ünvanlı sosial yardımlar hansı bankdan alınsa, onlardan komissiya haqqı tutulmasın: “Bu, beynəlxalq təcrübədə var. Bizdə də bunun tətbiqi çox yaxşı olardı”.