İşləyənlər üçün təhlükə mənbəyi olan avadanlığın elementləri, tərtibatlar, hissələr, bəndlər, habelə çəpər və mühafizə qurğularının səthləri müvafiq siqnal rəngində olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Avadanlıqların (aparatlar, boru kəmərlərinin müvafiq hissələri və s.) işə salınması və dayandırılması zamanı texnoloji sistemdə partlayış təhlükəli qarışıqların, habelə hidrat əmələ gəlməsinin və ya mayelərin donmasının qarşısını almaq üçün tədbirlər (təsirsiz qazla üfürülmə, üfürülmənin səmərəli olmasına nəzarət və s.) nəzərdə tutulmalıdır.